Əlaqə Arxiv
news Image
2021.09.30
14:34
| A A A
Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib


Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə birlikdə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir.

Uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir layihə - “COVİD-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü sayəsində 30 nəfər gənc karantin zamanı təhsillərini onlayn davam etdirə bilib. Bu məqsədlə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri lazımı sayda kompüter və internet bağlantısı ilə təchiz olunub. Nəticədə, təşkilatın  himayəsindəki gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan öncəki 2018/2019-cu təhsil ilinin göstəricilərini üstələyib.

“COVİD-19 bütün dünyanı dəyişib və biz KSM Strategiyamızın ən prioritet istiqamətlərindən olan gənclərin təhsilinə töhfə vermək üçün yeni üsullar tapmalı olduq. Biz daha çox uşağın keyfiyyətli təhsil alması üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir” deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.  Layihə assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunub. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar.

Bakcell şirkətinin həyata keçirdiyi “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

 

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi haqqında

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  ictimai birliyi 1997-ci ildə Azərbaycan Respublikası  Hökuməti ilə dünyanın 137 ölkəsində fəaliyyət  göstərən “SOS Kinderdorf İnterneyşnl” Beynəlxalq  Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən,  1999-cu ildə təsis edilmişdir. Ümummilli lider Heydər  Əliyevin iştirakı ilə 2001 - ci ildə Bakı SOS Uşaq  Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir. 2005-ci  ildə isə Gəncə SOS Uşaq Kəndi öz fəaliyyətinə  başlamışdır. Artıq 20 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri –  Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas  məramı kimsəsiz, valideyn himayəsindən məhrum  olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların  müəssisələrə düşməsinin qarşısını almaq və çətin  həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir.

SOS Uşaq Kəndləri Azərbaycan və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.soschildren.az  internet səhifəsinə daxil olun və ya 012 498 82 98-ə zəng edin.

Sizin Reklam Yeriniz