Əlaqə Arxiv
news Image
2021.09.15
17:44
| A A A
Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi!



Şirkət 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16  nəfər tələbə adını qazanmış övladına dəyərli hədiyyələr təqdim edib

15 sentyabr  Bilik Günü ərəfəsində ölkənin lider mobil operatoru “Azercell Telekom” bu dəfə yenicə tələbə adını qazanmış gənclərimizə yönəlik daha bir sosial təşəbbüslə çıxış edir.  Belə ki, 2021-ci il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanları zamanı ən yüksək bal toplayan 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər ali məktəblərə yollanan övladına onların tədris həyatında əsl yardımçıya çevriləcək hədiyyələr təqdim etdi.
Dövlət İmtahan Mərkəzi və “Zəfər” İctimai Birliyinin test imtahanlarının nəticələri üzrə təqdim edilmiş siyahıları əsasında seçilən 43 nəfər abituriyent Azercell-dən 12 ay müddətində aktiv olacaq GencOl 6 tarifinə qoşulmaq imkanı qazandı. Xatırladaq ki, GəncOl 6 tarixi çərçivəsində tələbə-abunəçi aylıq 3GB mobil internet, 300 tarifdaxili dəqiqə, Azercell-in tətbiqlərindən istifadə etmək üçün 3GB və WhatsApp proqramında pulsuz yazışma imkanı qazanır. Bundan əlavə, Respublika üzrə ən yüksək bal yığmış yeddi abituriyent və dörd şəhid övladı şirkətdən hədiyyə olaraq 64GB Samsung Galaxy planşetini də hədiyyə aldı. Müxtəlif informasiya resurslarına rahat və operativ çıxış imkanının vacib olduğu bir dövrdə həmin hədiyyələr tələbələrin əlavə bilgilərlə bağlı ehtiyaclarını qarşılamaqda yardımçı olacaq.

Qeyd edək ki, “Azercell Telekom” hər il məktəbli və tələbələr üçün zəngin məlumat mənbəyi olan müxtəlif rəqəmsal xidmətlərdən yararlanmaq məqsədilə yeni imkanlar təşkil edir, istedadlı tələbələrə təqaüd və təcrübə proqramları həyata keçirir.

44 günlük Vətən müharibəsi zamanı canlarından keçən igid şəhidlərimizin ailə üzvləri üçün şirkət tərəfindən müxtəlif sosial təşəbbüslər, peşəkar inkişaf və dil bilgilərinin artırılmasına yönəlik onlayn təlimlər keçirilməsinə dəstək verilir. Yüksək əzmkarlıqla qəbul imtahanlarına hazırlaşaraq ali məktəblərə qəbul olan istedadlı gənclərimizlə qürur duyuruq!


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Sizin Reklam Yeriniz