Əlaqə Arxiv
news Image
2021.11.07
23:27
| A A A
“Final” “Zəfərə gedən yol” adlı tədbirə dəstək verib

Ölkəmizin tarixinə, ənənələrinə, dəyərlərinə hər zaman xüsusi həssaslıqla yanaşan “Final” çayı növbəti dəfə ənənəsinə sadiq qalıb. 30 ildir ki, hər kəsəni sevimli markası olan “Final”, 62 nömrəli məktəb-liseydə Zəfər gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbirə dəstək verib.  Tədbir çərçivəsində şagirdlərin 44 günlük “Dəmir yumruq” əməliyyatına həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil edilib. Tədbir ədəbi-bədii kompozisiya üzərində qurulub, məktəb şagirdləri şəhidlərimizə, qazilərə olan sevgilərini nümayiş etdiriblər. Sonda “Final” çayı tərəfindən şəhid ailələrinə Zəfər bayramı ilə əlaqədar hədiyyələr təqdim edilib. 
30 ildir yüksək keyfiyyəti ilə hər kəsin sevimlisinə çevrilən “Final” çayı şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiramını bildirir, qazilərimizə cansağlığı arzulayır!

Zəfər bayramımız mübarək!

Sizin Reklam Yeriniz