Əlaqə Arxiv
news Image
2021.12.17
17:57
| A A A
Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru

Azercell-in dəstəklədiyi şagirdlər informatika üzrə yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

 

Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə fərqlənməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal əldə edib. Azercell-in dəstəyilə hazırlığı həyata keçən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov informatika fənni üzrə bürünc medala layiq görülüb. 

 

Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32 ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib. Sevindirici haldır ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş etdiriblər. Bakı məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda komanda olaraq üçüncü yerinmükafatçısı olublar. 

 

Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-in dəstəyilə həyata keçirilir. AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkənin hər yerindən istedadlı şagirdlər Azercell-in tərəfdaşlığı ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşırlar. Azercell şirkəti indiyədək onlarla şagirdi hazırlıq prosesinə cəlb etməklə onların öz potensiallarını nümayiş etdirməsinə imkan yaradıb. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar. Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27  medal əldə ediblər.

 

“Azercell Telekom” gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirdiyi sosial layihələri davam etdirir, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran bütün tələbə və şagirdlərimizə uğurlar arzu edir!

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. 

 

Sizin Reklam Yeriniz