Əlaqə Arxiv
news Image
2022.02.03
16:40
| A A A
Prezident İlham Əliyevin Gəncə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfər etmişdir. Ölkə prezidentinin Gəncəyə olan sayca 18-ci səfərində Gəncə şəhərində gedən abadlıq quruculuq işlərindən və həmiçinin şəhərdə icrası yekunlaşan və hal-hazırda icra edilməkdə olan bir sıra layihələrdən söz açılmışdır. Onu da qeyd etmək lazımdır ki, Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də hal-hazırda uğurla icra edilir.

Son illərdə Gəncənin əsas infrastruktur layihələri icra edilir və bu layihələrin böyük əksəriyyəti öz həllini tapmışdır. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmış, Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilmişdir. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir.

Avtomobil yollarının çəkilişi bütün ölkə ərazisində olduğu kimi, Gəncədə də tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Hazırda bu yol iki zolaqdan dörd zolağa genişləndirilmişdir. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.

Ölkə prezidenti xəbər agentliklərinə verdiyi müsahibə zamanı Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzində olmasını qeyd etmişdir. Həmçinin prezident qeyd etmişdir ki, bu gün ölkənin əsas diqqət mərkəzinin işğaldan azad edilmiş torpaqlara yönəldilməsinə baxmayaraq, ölkənin digər şəhər və rayonları daim diqqət mərkəzindədir. Bunu prezidentin bu günlərdə Gəncə şəhərinə olan səfəri bir daha sübuta yetirdi. Belə ki, bu səfər zamanı bir sıra obyektlərin açılışı oldu. Bir sıra təməlqoyma mərasimi keçirildi.

Bu açılışlardan biri də Gəncə şəhərində olan sayca ikinci “ASAN xidmət” Mərkəzinin açılışı oldu. Gəncə kimi böyük bir şəhərdə bir “ASAN xidmət” Mərkəzinin olması əhalinin burada növbələrdə xeyli vaxt itirməsinə səbəb olurdu. Bunu düşünən cənab prezident Gəncə şəhərində ikinici “ASAN xidmət” Mərkəzinin açılması tapşırığını vermişdi. Bu günlərdə isə gəncəlilər bu mərkəzin açılması sevincini qeyd edirik.

Səfər zamanı ölkə prezidenti həmçinin Gəncə Dram Teatrının açılışında iştirak etmiş, Gəncə İdman Sarayının tikintisi ilə tanış olmuşdur.

Məlumdur ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız, uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu.

Prezident İlham Əliyev Gəncə səfəri çərçivəsində Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlqoyma mərasimində iştirak etmiş və bu fikirləri söyləmişdir: “Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.”

Orxan Ağayev 

Masallı rayon Ərkivan qəsəbə sakini, gənc könüll

Sizin Reklam Yeriniz