Əlaqə Arxiv
news Image
2022.03.01
12:49
| A A A
Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər daha 4 medala sahib olublar

Məktəblilərimiz beynəlxalq olimpiadalarda yeni uğurlara imzaatmağa davam edirlər. Bu dəfə Azərbaycan məktəbliləriQazaxıstanda təşkil olunan XVIII Beynəlxalq JautikovOlimpiadasında biliklərini sınayaraq yüksək nəticələr əldəediblər. 

35 məktəbli ilə təmsil olunan komandamız mötəbər elm yarışında ümumilikdə 15 medal qazanıb. Bu medallardan 4-ü informatika fənni üzrə ölkəmizi təmsil edən məktəblilərinpayına düşüb. Belə ki, Heydər Əliyev adına Müasir TəhsilKompleksinin 11-ci sinif şagirdi Səid Nəsibov gümüş, TəhsilNazirliyinin tabeliyindəki Gəncə şəhəri, Fizika, riyaziyyat vəinformatika təmayüllü liseyin 10-cu sinif şagirdi FidanHüseynova, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyatvə informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev isə bürünc medala sahib olublar. 

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizininformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesiAzercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiadakomandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” stratejiməqsədinə sadiq Azercell fəaliyyətə başladığı gündən, ölkədətəhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya vəkommunikasiya texnologiyaları sahəsində mütəxəssislərinyetişdirilməsinə böyük önəm verir. Milli komandalarınİnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığınəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada vəmüsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürüncolmaqla, ümumilikdə 34 medal əldə ediblər.

Sizin Reklam Yeriniz