Əlaqə Arxiv
news Image
2022.05.29
22:06
| A A A
Prezident İlham Əliyev “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində


                    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olub,  sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarəni işə salmişdılar.

Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar.  Əhalinin rahatlığını nəzərə alaraq  burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi və başqa xidmətlər barədə prezidentə məruzələr edilmişdir.

Ağalı kəndində sürətli internet şəbəkəsinin olması onlayn xidmətlərin həyata keçirilməsini asanlaşdırmışdır.

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış oldular.

Cənab prezidentin göstərişinə əsasən işğaldan azad edilmiş Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Ailə sağlamlıq mərkəzində xəstələrə göstəriləcək yüksək tibbi xidmətdən məlumat verilmişdir     Dövlətimizin başçısı  Cənab Prezident kənd sakinləri ilə görüşündə çıxış etdi.

Əvvəlcə Cənab Prezident kənd sakinlərini müstəqillik günü münasibəti ilə təbrik etdi. Daha sonra Azərbaycanımızın tarixi keçmişindən, müstəqillik yolunda aparılan mübarizələrdən söhbət açmışdır. Hələ Xalq Cümhhuriyyəti illərində ermənilərin Azərbaycan xalqına qarşı təcavüzkarlıq siyasəti, qanlı soyqrımları, həmçinin ərazi iddiaları vurğulanmışdır. Cənab Prezident İrəvanın ermənilərə verilməsini Xalq Cümhuriyyətinin bağışlanmaz bir cinayət olduğunu qeyd etmişdir. Zəngəzurun 1920-ci ildə Ermənistana verilməsi dövlətçiliyimizə qarşı SSRİ rəhbərliyinin növbəti cinayəti idi.

1991-ci il oktyabrın 18-də müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da ermənilərin qəsbkarlıq planları davam etdirildi. Sonra, Cənab Prezident 1991-1993-cü illərdə ermənilərin ərazi iddiaları, xalqımıza qarşı növbəti soyqrımları, xüsusilə Xocalı soyqırımından bəhs etmişdir. Daha sonra Azərbaycan xalqı təkidlə 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz iqtisadi gücünü qısa vaxtda bərpa etdi. Düzgün və ardıcıl daxili və xarici siyasət nəticəsində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə   Azərbaycan ordusu işğala məruz qalan ərazilərimizi düşməndən azad etdi.                   

Dövlət başçısı müstəqilliyimizin möhkəmlənməsi istiqamətində bir çox qeydlər etdi. Müstəqilliyimizin qorunmasının vacibliyini qeyd etdi. Cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin həll edildiyini bir daha vurğulayaraq, münaqişə ilə bağlı əhəmiyyətsiz olan Minsk qrupunun  fəaliyyətinin başa çatdığını demişdir. Sərhədlərin müəyyən edilməsi ilə bağlı Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bu görüş sərhədlərin müəyyən edilməsində çox mühüm vacib məsələdir. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılmasından söhbət açmışdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Brüssel görüşünün rəsmi açıqlamasında, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Cənab Prezident ermənilərə sülh müqaviləsi üçün 5 əsas prinsip mahiyyətindən də söz açmışdır. Dövlət başçısı vaxtilə 1829-cu ildə Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb, dövlətimizə qarşı iddialarını da qeyd etdi.

Sonda Cənab Prezident Zəngəzurda görüləcək işlər barəsində danışaraq kənd əhalisi ilə sağollaşdı.

 

Tərlan İslamov

Masallı rayonu Ərkivan qəsəbəsi

Sizin Reklam Yeriniz