Əlaqə Arxiv
news Image
2022.05.30
22:08
| A A A
Prezident İlham Əliyevin “Ağıllı kənd” layihəsinin açılışında çıxışı

 

              Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.Mərasimdə Azərbaycan Prezidenti çıxış edib.

Əvvəlcə dövlət başçısı mərasim iştirakçılarını salamlayıb,sonra isə onları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Prezident qeyd edib ki,Ağlı kəndində görüşün keçirilməsi müstəqilliyimizin möhkəmlənməsindən aslı idi.

Hər bir Azərbaycan vətəndaşı bilir ki,bizim müstəqilliyimiz möhkəmdir və əmin əllərdədir.

             Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyinə qovuşdu.Amma o dövr,yəni müstəqilliyin ilk dövrü indikindən tamamən fərqli idi.Müstəqilliyimizin əsasının qoyulması yolunda əziyyətlər çox olmuşdur.Biz müstəqilliyimizi qurucularını hörmətlə anırıq,lakin onu da bilirik ki,müstəqilliyimiz cəmi iki il çəkdi.Biz onu qoruya bilmədik.

Sonra prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımızın başına gətirilən müsibətlərdən danışdı.Bir çox tarixi məqamlari xatırlatdı.

Prezident İlham Əliyev Azərbaycanın yenidən müstəqillik qazanmasından sonrakı vəziyyət barədə də ətraflı məlumat verdi.Həmin dövrdə də müstəqilliyimizin təhlükə ilə üz-üzə qaldığını vurğuladı.

             Lakin Azərbaycan xalqı nə edəcəyini yaxşı bilirdi.Xalq Ulu Öndərə arxalanaraq onu hakimiyyət başına keçməyə dəvət etdi.Biz o gündən əsl müstəqilliyi yaşamağa başladıq.Azərbaycan xalqı müstəqilliyi möhkəmləndirmək üçün bğyük işlər gördü.İlk növbədə.rəhbərinə inandi.

          Çıxış zamanı İlham Əliyev Azərbaycanın dünya miqyasındakı mövqeyindən danışdı.O qeyd etdi ki,indi Azərbaycan xalqı öz həyatınıistədiyi kimi qura bilir,öz ölkəsində rahat yaşaya bilir,ölkədə sabitlik hökm sürür.Müstəqilliyimiz möhkəm olmasaydıbu gün biz erməni işğalına son qoya bilməzdik.Bütün dünya Azərbaycanın gücünə bələd oldu.Erməni tərafdarları bizi dayandırmağa çalışsalar da,buna nail ola bilmədilər.Heç kim bizi durdura bilmədi,çünki Azərbaycan haqq yolunu seçmişdi və bu yolda mübarizə aparırdı.

          Prezident hər zaman xalqa arxalandığını,xalqdan güc alaraq ilhamlandığını qeyd etdi Və bildirdi ki,müharibədən ilyarım keçməsinə baxmayaraq çox işlər görülüb və görülməkdədir.Artıq aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər.bu,siyasi uğur kimi qiymətləndirilməlidir.

            Biz müzəffər xalq kimi yaşayırıq.44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etmişik,həm  də ədaləti.

           Bu gün Zəngilan torpağında yeni həyat qururuq,eyni zamanda digər torpaqlarımızda da.Bundan sonra həm Zəngilanda ,həm də digər rayonlarda inşaat işləri daha surətlə davam edəcək.

         Sonda ölkə rəhbəri tarixi hadisə münasibəti ilə görüşdə iştirak edənləri bir daha təbrik etdi.

 

Şəkilə Xəlilova 

Masallı rayon Qızılağac kəndi

Sizin Reklam Yeriniz