Əlaqə Arxiv
news Image
2022.06.01
10:45
| A A A
“Final” yağ markası fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirib.

Hər zaman sosial məsələlərə qayğısı ilə seçilən “Final” yağları i 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibəti ilə təbdir keçirib. 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisində keçirilən tədbirdə fiziki məhdudiyyətli uşaqlarla unudulmaz gün yaşanıb.

“Sonsuz sevgiylə, təbəssümlə, ürəklə, sizinlə!” şüarı ilə həyata keçən tədbirdə uşaqlarla əyləncəli oyunlar keçirilib, onlara müxtəlif hədiyyələr verilib. “Final” əməkdaşlarının xüsusi diqqətlə seçdiyi hədiyyələr vəgöstərdikləri qayğı uşaqların sevincinə səbəb olub.

Uşaqların təbəssümünün böyüklərə ən böyük hədiyyə olduğuna inanan “Final”ın bu tədbiri keçirməkdə məqsədi fiziki məhdudiyyətli uşaqları sevindirmək, onlarla möhtəşəm bir gün keçirmək olub. İllərdir istehlakçıların sevimlisi olan “Final”, verdiyi hədiyyələr ilə də uşaqların xoşbəxt təbəssümünə səbəb olub.

Tədbirin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://youtu.be/zG2gXqUSGI0

 

Sizin Reklam Yeriniz