Əlaqə Arxiv
news Image
2022.06.28
19:35
| A A A
Azərbaycan daha yaxşı gələcək naminə dəyişir
Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı etmişdir.

 

27 iyun 2022 - ci il tarixində Prezident cənab İlham Əliyev Ümumdünya Şəhər
Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci
sessiyasında çıxış edərək işğaldan azad edilmiş ərazilərdə görülən bərpa və
yenidənqurma işlərindən və görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat
verdi.
44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən İşğaldan azad olan
ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun
bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında
aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm
alır.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin bərpası ölkə Prezidenti
cənab İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
2030- sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi bu gün işağaldan azad olunan
ərazilərdə tikinti-quruculuq və bərpa işlərini Azərbaycan dövləti təkbaşına icra
etməkdədir və Azərbaycanın qüdrətli dövlət olmasına bariz nümunədir. Prezident cənab
İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi kursu sayəsində Azərbaycan regionda
mühüm nüfuz sahibi olan bir ölkəyə çevrilmişdir.
Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından
bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.
Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında
infrastruktur layihələrinin uğurla icrası planlı və surətli şəkildə davam etdirilməkdədir.
Xüsusilə Zəngilan rayonunda müasir layihə üzrə inşa edilmiş Ağalı kəndi Qafqazda və
regionda bənzəri olmayan bir layihədir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi
bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar yaratmışdır.
Bütün bu uğurların təməlində Prezident cənab İlham Əliyevin düzgün qurulmuş
iqtisadi siyasəti və qətiyyətli siyasi mövqeyi dayanır .

Tural Sadıqov
Masallı Gənclər Evinin metodisti

 

Sizin Reklam Yeriniz