Əlaqə Arxiv
news Image
2013.09.14
10:10
| A A A
İstirahət günləri hava xoş olacaq
Sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər artıracaq, lakin pambıq bitkilərində qozaların açılması və yetişməsi üçün kifayət qədər olmayacaq. Gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var ki, bu da bağlarda meyvələrin, bostanlarda tərəvəzin və süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq və torpaqda məhsuldar rütubət ehtiyatının artması üçün şərait yaradacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz