Azərbaycanda 6 ayda bu virus 30 can alıb-Özəl
Azərbaycanda bu ilin 6 ayı ərzində İİV-infeksiyasından/QİÇS-dən
30 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib. Respublika
QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın
Movqe.az-a eksklüziv olaraq verdiyi xəbərə
görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar
edilidiyi 1987-ci ildən 2013-cü ilin 6 ayının sonunadək
İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 556 nəfər
olub. Onlardan 548 Azərbaycan vətəndaşlarıdır.