Əlaqə Arxiv
news Image
2012.05.18
17:54
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. 

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə mayın 18-də əksər rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq. 


Tibbi-meteoroloji proqnozlara görə isə mayın 18-dən 20-dək Abşeron yarımadasının hava şəraitinidə mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sizin Reklam Yeriniz