Əlaqə Arxiv
news Image
2013.10.02
17:40
| A A A
Elmi dərəcələri olan şəxslərin maaşları artacaq

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan elmi dərəcələri olan şəxslərin maaşlarına əlavələrin ödənilməsi barədə qərar qəbul edib.


Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

 

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 76 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 36 manat məbləğində əlavələr ödəniləcək.


Sizin Reklam Yeriniz