Qadınlar daha çox ürək xəstəliyindən əziyyət çəkirlər
Kanadalı mütəxəsizlər qadınların
kişilərdən fərqli olaraq, daha çox ürək xəstəliyindən əziyyət
çəkdiyini bildiriblər. Alimlər 23 771 xəstənin məlumatlarını
araşdırıblar. Və nəticə olaraq qeyd ediblər ki, 60 yaşlı qadınların
ürək xəstəliyinə tutulma riski, kişilərdən 21% yüksəkdir.
Yaşları 60-dan aşağı olanların isə kişilərlə müqayisədə bu xəstəliyə tutulma riski 11% yüksəkdir.
Qeyd edək ki, bu araşdırmaya qədər iddia olunurdu ki, kişilər qadınlardan daha çoc ürək xəstəliyindən əziyyət çəkirlər. Lakin bu tədqiqat versiyaları alt-üst etdi.
Türkan Nadirqızı
Movqe.Az