Əlaqə Arxiv
news Image
2013.10.04
15:52
| A A A
Müqəddəs Həcc ziyarətinə 3-cü qrup bu gün səhər saatlarında yola salınıb
Müqəddəs Payızov: ""Azərbaycandan 3-cü qrupu çarter reysi ilə Həccziyarətinə aparan təyyarə reysini uğurla başa çatdıraraq Ciddə şəhərində enib" Müqəddəs Həcc ziyarətinə yola salınan Azərbaycanlı zəvvarların üçüncü qrupu artıq Ciddəyə çatıblar. Bu sözləri Movqe.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs payızov söyləyib. M. Payızov bildirib ki, bu gün yola salınan qrup zəvvarları çarter reysi ilə Həcc ziyarətinə aparan təyyarə səhər saat 07.40-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb: "Azərbaycandan 3-cü qrupu çarter reysi ilə Həccziyarətinə aparan təyyarə reysini uğurla başa çatdıraraq Ciddə şəhərində enib. Hazırda bizə verilən məlumata görə, zəvvarlarımız yerləşdirilir. Uçuşlar xəta-bəlasız başa çatıb".

Qeyd edək ki, zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda bu il də Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın "France Air" aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır (VİP). 

 
Sizin Reklam Yeriniz