Əlaqə Arxiv
news Image
2013.10.04
16:24
| A A A
Azərbaycanda ikimərtəbəli yollar olacaq?!
"Azərbaycanda ikimərtəbəli yolların tikintisi bəzi yerlərdə mümkündür, amma bu  xüsusi hesabat tələb edir". Bu sözləri Movqe.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib. C. Qocayev bildirib ki, avtomobil sıxlığı olan iri şəhərlərdə tıxacdan çıxış yolu kimi belə yollar tikilsə də, paytaxt Bakıda ikimərtəbəli yolların tikintisi şəhərin hər yerində mümkün deyil: "Əslində bizdə tunellərin üstündən salınan yolları ikimərtəbə hesab etmək olar. Amma yolun üstündə ikimərtəbəli yolların inşasını Bakıda reallaşdırmaq bir qədər çətindir. Tikilsə belə bu yolların məsafəsi çox qısa olacaq. Çünki, əvvəlcə buna yolların kənarındakı tikililər yerləşmə baxımından imkan verməlidir. Əks halda ekoloji baxımdan bu problem yarada bilər. Kiminsə pəncərəsinin qabağından ikinci yolu çəkmək də düzgün olmaz. Bu zaman avtomobillərdən çıxan zəhərli qazlar pəncərədən evlərə dolacaq. Ona görə, də ikimərtəbəli yollar inşa edilərkən, hava axını nəzərə alınmalıdır. Ona görə də, ikimərtəbəli yolların inşası xüsusi hesabat tələb edir".  
Sizin Reklam Yeriniz