Əlaqə Arxiv
news Image
2013.10.07
15:09
| A A A
Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində yolun açılması istiqamətində işlər görülür-Özəl

"Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində yolun açılması istiqamətində işlər görülür. Hazırda  43 saylı Yol İstismar İdarəsinin işçiləri dünən gecədən başlayaraq yolun açılması istiqamətində işləri bu  saatlarda da davam etdirirlər. Hazırda Lənkəran-Lerik yolunun 17-19 km-liyi yamacın aşınması nəticəsində bağlı qalıb" .  

Bu məluatı Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov verib.

S. Əmiraslanov bildirib ki,  bu gündən başlayaraq cənub bölgəsində sürüşmə sahələri ilə bağlı monitorinqlərə start verilib: "Biz cənub bölgəsindəki sürüşmə sahələrindəki vəziyyəti hər gün öyrənir, nəzarətdə saxlayırıq. Amma bu gündən artıq cənub bölgəsi üzrə bütün sürüşmə sahələrində monitorinqlərə başlayacağıq".

 


Sizin Reklam Yeriniz