Əlaqə Arxiv
news Image
2013.10.07
16:21
| A A A
Nazirlik reydlərə başladı-Eksklüziv
Sadiq Salmanov: "Bu il respublika üzrə 45 min kub metr ağac kəsintisinə icazə verilib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)  meşələrin mühafizəsi ilə əlaqədar reydlərə başlayıb. Bu məlumatı Movqe.az-a nazirliyin Meşələrin İnkişafı Departamentinin sector müdiri Sadiq Salmanov verib. S. Salmanov bildirib ki, reydlər zamanı ağac qırılma faktları araşdırılacaq, meşələrin mühafizəsi ilə bağlı vəziyyət öyrəniləcək.  S. Salmanov deyib ki,  meşələrdə nazirlik tərəfindən yalnız  kök üstə çürümüş və xəstə ağacların kəsilməsinə icazə verilir: " Bu il respublika üzrə 45 min kub metr ağac kəsintisinə icazə verilib. Hər rayon üzrə ağac kəsintisi üçün norma paylanılıb. Hərbi hissələrə, səhiyyə və təhsil müəssisələrinə odun üçün norma verilib. Əhali qrupu isə odun üçün yerlərdə Nazirliyin Meşələrin mühafizəsi və bərpası mərkəzlərinə müraciət etməklə, dəyəri ödənilmək şərti ilə ağac kəsintisinə icazə ala bilərlər. Bunun üçün qiymətlər də müəyyənləşib. Əgər kəsinti və daşınma müraciət edən şəxs tərəfindən yerinə yetirilirsə hər 1 kub odunun qiyməti 9 manat, müəssisə tərəfindən yerinə yetirilirsə, məsafədən asılı olaraq 20-30 manat arasında dəyişir".

     


Sizin Reklam Yeriniz