Əlaqə Arxiv
news Image
2012.05.19
19:03
| A A A
“Azərbaycan Tələbə Kartı” istifadəçilərinə təqdim olunub
Bu gün Bakıda "Azərbaycan Tələbə Kartı" istifadəçilərinə təqdim olunub. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bu layihəni çox yüksək qiymətləndirib. Nazir bildirib ki, bu kartlar Azərbaycanda təhsil alan tələbələrin Avropada təhsil alan gənclərlə əlaqələrin yaradılmasında çox mühüm rol oynayacaq: "Gənclər bu kartlar vasitəsilə müəyyən şəbəkələrdən müəyyən imtiyazlarla istifadə edəcəklər. Ən vacibi odur ki, digər ölkələrdə bu kartlar tələbələrə pulla verildiyi halda, Azərbaycanda pulsuz paylanır. Azərbaycanda 150 minə yaxın tələbə var. Kartlar 4 illik nəzərdə tutulur və bütün tələbələrə veriləcək".
Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, "Azərbaycan Tələbə Kartı"nın Avropa Gənclər Kartı ilə birgə buraxılması tələbələrə Azərbaycan ərazisində, eləcə də, Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektlərindən, kafe və restoranlardan, otel və internet klublardan güzəştlə istifadə etmək imkanı yaradır.
Qeyd olunub ki, bu gün Azərbaycan müxtəlif universitetlərində olan 150 tələbəyə kartlar təqdim edilib, ilin sonunadək isə bütün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri Azərbaycan Tələbə Kartı ilə təmin edİləcək. Kartlar təhsil bitənədək tələbələrin istifadəsində olacaq.

Tədbirdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov çıxış edərək "Azərbaycan tələbə kartı"nın təqdim olunmasını yüksək qiymətləndirdiyini deyib. E. Aslanov bildirib ki, bu kartların Azərbaycan təhsilinin inkişafında rolu olacaq.

Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli də tədbirdə çıxış edib.

Sonda kartlar tələbələrə təqdim olunub.
Sizin Reklam Yeriniz