Əlaqə Arxiv
news Image
2013.10.10
18:06
| A A A
Bakıda bal yarmarkasında aldadılanların pulları geri qaytarılacaq

Paytaxtda keçirilən bal yarmarkasından saxta bal alan istehlakçılara aldıqları keyfiyyətsiz məhsula ödədikləri məbləği geri almaq imkanı yaradılacaq.  Bu məlumatı Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov verib. Ç Fərəcov bildirib ki, istehlakçılar balın keyfiyyətsizliyi ilə bağlı, yaxud aldadıldıqları ilə əlaqədar nazirliyə müraciət edərlərsə, onlara dəyən ziyanın bal satan tərəfindən ödənilməsi təmin ediləcək: "Biz balları yarmarkaya çıxarmazdan əvvəl bütün balları yoxlayaraq kodlaşdırmışıq. Əgər bazarda kiməsə saxta bal satılıbsa biz onun dəyərinin bal satandan geri alınmasını təmin edəcəyik".

 


Sizin Reklam Yeriniz