Əlaqə Arxiv
news Image
2013.10.10
18:35
| A A A
Ətin qiyməti bahalaşacaq?

Azərbaycanda bir müddət əvvəl iribuynuzlu mal-qara arasında yayılan Bunyavirus xəstəliyi ölkədə məhsuldarlığın azalmasına və ətin qiymətinin artmasına təsir göstərməyəcək. Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov deyib. Ç Fərəcov bildirib ki, hər il mal-qara arasında müəyyən qədər ölüm halı normal sayılır. Və bu məhsuldarlığın azalmasına və ətin qiymətinin artmasına təsir göstərmir: "Bu il məhsuldarlığın aşağı olacağı gözlənilmir. Ətin qiymətində də buna görə, artımın baş verməsi gözlənilmir".   

Qeyd edək ki, kənd təssərrüfatı üzrə ekspertlər mal-qara arasında yayılmış xəstəlikdən ölüm hallarının və balasalmanın bu il məhsuldarlığı aşağı salacağı və ətin qiymətinə təsir edəcəyi ilə bağlı proqnozlar verirlər. 


Sizin Reklam Yeriniz