Əlaqə Arxiv
news Image
2013.10.11
14:15
| A A A
Paytaxtda sərnişin avtobuslarına yenilik ediləcək-Eksklüziv
Etibar Əzməmmədov: "Turniketlər avtobusların həm qabaq, həmçinin də arxa qapılarının astanasına quraşdırılacaq"

Paytaxtda sərnişin avtobuslarına turniketlər quraşdırılacaq.  Bu məlumatı Movqe.az-a "Bakısərnişinnəqliyyatı" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov  verib. E Əzməmmədov bildirib ki, turniketlər avtobusların həm qabaq, həmçinin də arxa qapılarının astanasına quraşdırılacaq: "Qabaq qapıya keçid aparatları quraşdırılacaq. Sərnişinlər qabaq qapıdan minib vladiatorlara kartla gediş haqlarını ödədikdən sonra keçid aparatı açılacaq və sərnişin avtobusun salonuna daxil olacaq. Arxa qapıya isə sərnişinlərin minməsini əngəlləyən turniketlər quraşdırılacaq. Belə ki, arxa qapıya quraşdırılan turniket ancaq avtobusdan düşənlər üçün yol açacaq. Turniket əks istiqamətə fırlanmadığından, sərnişinlərin arxa qapıdan avtobusa minməsi mümkümsüz olacaq. Dayanacaqlarda kart yükləyicilərin quraşdırılması başa çatdıqdan sonra avtobuslara turniketlərin quraşdırılmasına start veriləcək". 

Sizin Reklam Yeriniz