Əlaqə Arxiv
news Image
2013.10.17
11:59
| A A A
Aztəminatlı ailələrin uşaqları üçün tədris kursu açıldı

Suraxanıda tədris kursunun açılış mərasimi keçirilib. Movqe.az-ın məlumatına görə, Qurban bayramı münasibətilə 12 May şirkəti və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Suraxanı rayonunda məskunlaşmış ahıllar və aztəminatlı ailələrin uşaqları ilə görüş keçiriblər. Görüşdə 12 May şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb, Qızıl Aypara Cəmiyyətinin nüçayəndələri Əziz Qocayev, Qafar Əsgərzadə, Ofeliya Sadıqova, Elmira Məlikova, Emil Seyidəliyev iştirak ediblər. Görüşün məqsədi əsasən aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin və şəhid ailələrinin övladları üçün yaradılmış kursun açılış mərasimində iştirak olub. Açılışda Q. Əsgərzadə və Ə. Qocyev çıxış edərək ahıllar, eləcə də aztəminatlı ailələrin uşaqları ilə təkcə bayram ərəfələrində deyil, həmişə görüşüb dəstək olmaq lazım olduğunu qeyd ediblər. Hacı Səbuhi Rəcəb öz çıxışında tədris kursunun açılışında zəhməti keçən hər iki qurumun əməkdaşlarına təşəkkürünü bildirib. Uşaqların layiqli təhsil alıb, maariflənmələri üçün əllərindən gələni edərək, onlara dəstək olmağın vacibliyini vurğulayıb. Eləcə də qeyd edib ki, belə kursların açılmasına dəstək olmaqla, bu yöndə hər kəsə dəstək göstərmək lazımdır. 

Sonra uşaqlar vətənpərvərlik mövzusunda şeirlər qiraət ediblər. 

Görüşün sonunda görüş iştirakçılarına qurbanlıq paylar, uşaqlara şirniyyat sovqatları paylanıb. 

Qeyd edək ki, kursun maaliyyə tərəfini 12 May şirkəti öz öhdəsinə götürüb. Bununla əlaqədaq şirkət kursda təhsil alacaq uşaqları dəftəraxana ləvazimatları ilə təmin edib. Həftədə 2 gün keçiriləcək kursda 20 uşağa ingilis və rus dilləri, eləcə də riyaziyyat fənni tədris ediləcək.

Sizin Reklam Yeriniz