Dəm qazı 14 nəfəri zəhərləyib-Özəl
Azər Maqsudov: "Havalar soyandan dəm qazıdan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edənlərin sayı artıb"
"Havalar soyandan dəm qazıdan zəhərlənmə diaqnozu ilə Kliniki
Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edənlərin sayı artıb. Kliniki Tibbi
Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Movqe.az-a
verdiyi məlumata görə, oktyabr ayı ərzində 14 belə müraciət olub:"
Oktyabr ayı ərzində dəm qazı ilə zəhərlənmə diaqnozu ilə bizim
şöbəyə 14 nəfər müraciət edib. Onlardan 6 nəfəri stasionar şəraitdə
müalicə olunub. Qalanlarına isə tibbi yardım göstərildikdən
sonra evlərinə buraxılıb".
A. Maqsudov qış fəslində bu cür müraciətlərin daha da artdığını, odur ki, əhalini qaz istehlakı zamanı diqqətli olmağa çağırdı: "Dəm qazından boğulma və zəhərlənmə müddəti hər bir insanın orqanizminin sağlamlığından və dəm qazının miqdarındn asılı olaraq fərqli ola bilər. Uşaqlar və yaşlı insanlar dəm qazından daha tez zəhərlənirlər.Ona görə də, qaz sobası yanan mənzillərdə dəm qazının yaranmaması üçün mütləq nəfəslik açıq olmalıdır".