Əlaqə Arxiv
news Image
2012.05.21
16:32
| A A A
“Böyük səkkizlik” Yunanıstana daha bir şans verdi

"Böyük səkkizliy"-in liderləri hesab edirlər ki, Yunanıstan Avrozonada qalmalıdır.

Fransiyanın, Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın, İtaliyanın, Yaponiyanın, Kanadanın liderləri və Rusiyanın baş naziri Amerikada yerləşən Kem-Deviddə ki, görüş zamanı qeyd ediblər ki, dövlətlər avrozonanın güclənməsində maraqlıdırlar. Onlar əllərindən gələni edəcəklər ki, Avropanın iqtisadiyyati inkişaf etsin.

ABŞ-ın prezidenti Barak Obama liderləri qarşılayıb və sammitdən sonra təntənəli yeməyə yollanıblar.

Qeyd edək ki, görüş zamanı Əfqanistanda kı müharibə, Suriyada olan vəziyyət və İranın nüvə proqramıda müzakirə olunub.

Türkan Nadirqızı

Movqe.Az
Sizin Reklam Yeriniz