Əlaqə Arxiv
news Image
2013.10.18
13:22
| A A A
Azərbaycanda nikahların sayı artıb

Azərbaycanda bağlanan nikahların sayı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 62 min nikah və 8,7 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilə nisbətən nikahların sayı 8,1-dən 8,9-a qədər artıb. Boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalaraq dəyişməyib.

Birinci nikaha daxil olanların orta yaş həddi oğlanlar arasında 27,6, qızlar arasında isə 23,7 yaş təşkil edir.

Cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2048 nəfər gələn və 173 nəfər ölkədən gedən qeydə alınıb.

Sizin Reklam Yeriniz