Əlaqə Arxiv
news Image
2012.05.21
16:50
| A A A
Yanukoviç: “Avro-2010”dən sonra Ukrayna barədə fikirlər dəyişiləcək
“Dünya bizim haqda fikrini dəyişəcək”

Ukraynanın prezidenti Viktor Yanukoviç hesab edir ki, "Avro-2012" keçirildikdən sonra Ukrayna haqda fikirlər yaxşı istiqamətdə dəyişiləcək.

"Bayramdan sonra, insanlar Ukraynanın necə bir ölkə olduğunu görəcəklər. Və onlar öz fikirlərini tamamiylə dəyişəcəklər", - bu sözləri prezident efirdə deyib.

O qeyd edib ki, Ukrayna final üçün əlindən gələni edib.

"Mən sonuncu dəfə stadionların və aeroportların vəziyyətiylə tanış olanda, ürəyim rahat oldu. Mənim öz komandamda bir neçə insan var idi ki, bizim qısa zaman ərzində bütün işlərin öhtəsindən gələcəyimizə inanırdılar", - Yanukoviç deyib.

Prezident onuda qeyd edib ki, o Mişel Platinlə görüşü zamanı Ukraynanın ünvanına xoşa gəlməz sözlər eşidib.

"O mənə dedi: Mən sənə yaxın bir insan kimi deyirəm. Mənim zəngin təcrübəm var. Siz heçnəyi vaxtında çatdıra bilməyəcəksiniz", - Yanukoviç Mişelin sözlərini deyib.

Cavab olaraq isə, Yanukoviç ondan zaman istəyib.

"Mən bir şeyi deyə bilərəm: mənim haqqım yoxdur ki, bunu etməyim. Bunu etmək mənim borcumdur. Bu həyatda bir dəfə ola bilər. Və bu, məsz, mənim qismətimdir", - prezident deyib.

Sonda prezident Ukraynanın "Avro-2012" yarışmasına hazır olduğunu bildirib.

Xatırladaq ki, avropa ölkələrinin bəziləri Ukraynada keçiriləcək "Avro-2012" yarışmasına boykot elan ediblər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz