Əlaqə Arxiv
news Image
2013.10.18
14:15
| A A A
Səhiyyə Nazirliyi bir neçə xidmətini e-hökumət portalına inteqrasiya edib

Səhiyyə Nazirliyi bir sıra yeni elektron xidmətlərini Elektron Hökumət portalına təqdim edib. Bu barədə Movqe.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Yeni xidmətlərə Yeyinti məhsulları üzərində "müalicəvi", "pəhriz" və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi, Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu və Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu daxildir.

Sizin Reklam Yeriniz