Əlaqə Arxiv
news Image
2013.10.28
12:12
| A A A
Paytaxtın Sabunçu rayonunda iki gün su olmayacaq

28-29 oktyabr 2013-cü il tarixlərində Sabunçu rayonunun bəzi yerlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan  Paytaxtın bir rayonunda iki gün su olayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən Ans press-ə daxil olan məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunub. Hazırda mövcud şəbəkənin yeni çəkilmiş magistral su xəttinə qoşulması işləri aparılır. Bununla əlaqədar 28-29 oktyabr 2013-cü il tarixlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Sizin Reklam Yeriniz