Əlaqə Arxiv
news Image
2012.05.22
16:20
| A A A
Dadlı olsa da, çox təhlükəlidir
“2006-cı ildən qadağa qoyulsada, heç kimin vecinə deyil”

2006-cı ildən toyuq ətindən dönər hazırlanmasına qadağa qoyulsa da, bu gün müxtəlif yerlərdə toyuq dönərinə rast gəlmək olar. Qadağanın olmasına isə, nə dönər satıcıları, nədə aıcılar fikir vermirlər.

Xatırladaq ki, toyuq ətindən dönərin hazırlanmasına qadağa Səhiyyə Nazirliyi tərəfindən qoyulmuşdu. Səbəb isə, toyuq ətindən hazırlanan dönərin müxtəlif xəstəliklərə yol açmasıydı.

Səhiyyə Nazirliyinin respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin verdiyi məlumatına əsasən, Movqe.Az xəbər verir ki, toyuq ətində, ümumiyyətlə dönər üçün istifadə edilən ətdə qurd xəstəliyi var. Bu isə, dönərdən istifadə edənlərdə də, qurd xəstəliyinin olmasından xəbər verir.

Bu barədə Movqe.Az-a həkim Nəcibə Axundzadə xəbər verdi. Onun sözlərinə görə, dönər üçün istifadə edilən ətlər təhlükəlidir.

"Əvvəla onu bilmək lazımdır ki, dönər üçün istifadə edilən ətlər düzgün emal olunmur. Və nəticədə mikroorqanizmlər məhv olmur.

Ümumiyyətlə dönər çox təhlükəli yeməkdir. Yeganə qidadır ki, ondan zəhərlənmə şansı kifayət qədər yüksəkdir. Bu çox riskli yeməkdir. Düzdür qanuna görə, ancaq toyuq ətindən hazırlanan dönərə qadağa qoyulub, lakin mal ətindən hazırlanan dönərdə təhlükəlidir. Toyuq dönərinə qoyulan qadağa isə, məsz, bu növdən istifadə edənlər arasında zəhərlənmə hallarının çox olmasıdır", - N.Axundzadə dedi.

Qeyd edək ki, bu il ərzində 20-dən çox obyektin dönər satışına qadağa qoyulub.

Bir faxtıda xatırladaq ki, dönərin təhlükəli olduğunu hər bir kəs bilsədə, bu qida növü cəmiyyət arasında olduqca populyardır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz