Əlaqə Arxiv
news Image
2013.10.29
10:39
| A A A
Azərbaycanda kitabxanalarda wi-fi olacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev parklarda da "wi-fi" şəbəkəsinin quraşdırılmasının gündəmdə olduğunu bildirib

Azərbaycan  "Azərbaycanın kitabxanalarında simsiz internet olacaq. Hazırda biz kitabxanalarda "wi-fi" şəbəkəsinin yaradılması üzərində işləyirik. Düşünürəm ki, bu layihəni yaxın vaxtlarda həyata keçirə biləcəyik".


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında verilən məlumata görə, bu barədə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hazırda regionlarda mövcud imkanlar bu tədbirləri həyata keçirməyə əsas verir:

"Bizim regionlarımızdakı kitabxana-informasiya mərkəzlərində bu imkanlar mövcuddur. Artıq Bakının bir neçə kitabxanasında bu işə başlamışıq və bunu genişləndirəcəyik. Nəinki kitabxanalar internetlə təmin olunmalıdır, biz hesab edirik ki, onlar yalnız kitabxana funksiyasını daşımamalıdırlar. Kitabxanalar eyni zamanda kitab klubları olmalıdır, insanlar həmin məkanlarda görüşüb fikir mübadiləsi aparmalıdırlar".


Parklarda da "wi-fi" şəbəkəsinin quraşdırılmasının gündəmdə olduğunu önə çəkən nazir bunun müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib: "Əlbəttə, "wi-fi" şəbəkəsi insanların gündəlik yığışdıqları yerlərdə olmalıdır. Bizim nəzərimizdə olan bəzi istirahət məkanları var, amma onların adını konkret olaraq deyə bilmərəm. Çünki bu iş yalnız proqram şəklindədir. Layihə təsdiq olunandan sonra məsələni bütün parametrlər üzrə danışa bilərik".


Sizin Reklam Yeriniz