Əlaqə Arxiv
news Image
2012.05.22
17:15
| A A A
22 yaşlı qız intihara cəhd etdi - EKSKLUZİV
“Sevgi artıq yoxdur”

Movqe.Az xəbər verirki, bu gün səhər 10:30 radələrində Lənkəran şəhərində intihar cəhdi olub.

Hadisə Səttərxan küçəsi, ev 27-də qeydə alınlıb.  Həmin ünvanda yaşayan, 22 yaşlı Zəminə Məmmədova adlı şəxs intihara cəhd edib. O evdə tək olduğu halda, özünü asmaq qərarına gəlib. Lakin evə məktəbdən tez gələn qardaşı, bədbəxt hadisənin qarşısını alıb.

Hal-hazırda xəsarət alan şəxs xəstəxanadadır. Vəziyyəti kritik olan Zəminənin valideyinləri, onun keçmiş nişanlısını günahlandırırlar.

Qeyd edək ki, məlumata görə Zəminə 2 il bundan öncə Orxan adlı şəxslə nişanlanıb. Lakin bir ay qabaq onlar ayrılmaq qərarına gəliblər. Ötən gecə Orxanın evləndiyini eşidən, Zəminə intihara cəhd edib.

"Onlar bir-birlərini sevirdilər. Bilmirəm necə oldu ki, münasibətlər bu həddə çatdı. Lakin bir şeyi bilirəm, sevgi yoxdur. Mənim qızıma bunu edənlər nə vaxtsa cəzalarını tapacaqlar", - Zəminə Məmmədovanın anası Afaq Məmmədova deyib.  

Türkabn Nadirqızı

Movqe.az

Sizin Reklam Yeriniz