Əlaqə Arxiv
news Image
2013.11.04
12:47
| A A A
Orta məktəblərdə internetin sürəti artırılacaq
Əli Abbasov: "Məktəblərdə internetin sürətini 10 dəfə artırmağı düşünürük"

Azərbaycanda orta məktəblər də internete qoşulma sürətinin artırılması planlaşdırılır. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov "Gələcək nəsillələrlə üz-üzə" V ümumrespublika inşa müsabiqəsinin nəticələrinə həsr olunan tədbirdə çıxışı zamanı məlumat verib.


Onun sözlərinə görə, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı həyata keçirilən Dövlət Proqramı çərçivəsində orta məktəblər sürətli internet şəbəkəsinə qoşulublar:


"Biz çalışacağıq ki, yaxın illərdə artıq bütün orta məktəblər informasiya kommunikasiya texnologiyaları ilə təchiz olunsunlar, xüsusilə də yüksək sürətli internetə qoşulsunlar. Bu gün məktəblərin internet şəbəkəsinə orta qoşulma sürəti 3-4 meqabitsaniyəni keçmirsə, bunu biz təxminən 10 dəfə qaldırmalıyıq".


Nazir orta məktəblərdə İKT-nin tətbiqi təhsil sistemində gözlənilənlərdən də yaxşı nəticələr verdiyi həqiqətinin danılmaz olduğunu qeyd edib:" İKT-nin tətbiqi təhsilin keyfiyyətini də artırır".

Sizin Reklam Yeriniz