Əlaqə Arxiv
news Image
2012.05.24
16:47
| A A A
Bakı Dövlət Universiteti imtahana hazır deyil
Avroviziya - 2012” sən nələrə qadirsən”

Ölkədə tələbələrin yay sessiya imtahanlarına artıq günlər qalıb. Lakin bu gün bəzi universitetlər buna hazır deyillər. Misal üçün BDU-da tələbələrin əksəriyyətinə imtahan sualları verilmir. Deyəsən BDU-dada "Avroviziya 2012" həyəcanı yaşanır.

Qeyd edək ki, suallarla yanaşı, imtahanların vaxtıda tələbələrə açıqlanmır. Səbəbsə bəzi müəllimlərin vaxtının olmamasıdır. Yəqin buda ölkəmizdə keçirilən musiqi yarışmasıyla bağlıdır.

Bununla yanaşı tələbələr heç bir yerə şikayətdə edə bilmirlər. Çünki sonradan bunu bilən bəzi müəllimlər uşaqları "qara dəftərə" salırlar.

Xatırladaq ki, imtahanların vaxtı ölkənin bir çox universitetlərində artıq məlumdur. Lakin imtahanlara sayılı günlər qalsada, BDU hələ Avroviziya həyəcanını yaşamaqdadır.

Onuda qeyd edək ki, bu problemlə bağlı kimə sual verdiksə, cavab ala bilmədik.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz