Səhiyyə naziri Oqtay Şirəliyev noyabrın 15-də Şamaxı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib. Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Nazir Oqtay Şirəliyev tibbi yardıma, müalicəyə, müayinəyə ehtiyacı olan sakinlərin müvafiq səhiyyə ocaqlarına istiqamətləndirilməsi üçün müvafiq göstərişlər verib.
Səhiyyə naziri ilə görüşdə Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçay rayonlarında yaşayan 80-ə yaxın vətəndaş iştirak edib. Nazir səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandırıb, onların müraciətlərini, şikayət, təklif və fikirlərini dinlənilib və lazımi tədbirlər görüləcəyini bildirib.