İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları dinləyəcək
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 23-də keçiriləcək qəbul, Gədəbəy rayon Mədəniyyət evində (Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaq.
Vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.