Əlaqə Arxiv
news Image
2013.11.26
15:41
| A A A
Azərbaycanlı gənclər üçün "online fikir bankı" yaradılır

Gənclər yeni ideyalarını www.fikirbanki.az saytında yerləşdirə biləcəklər

Bundan sonra gənclər yeni ideyalarını online fikir bankında yerləşdirə biləcəklər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yeni imkanların yaradılması istiqamətində gənclər tərəfindən irəli sürülən fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Online fikir bankı" adlı layihəyə start verir. 


Nazirliyin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, gənclər www.fikirbanki.az saytına daxil olmaqla burada yeni fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. 


Online fikir bankında aşağıdakı bölmələr fəaliyyət göstərir:

-Sosial Xidmətlər

-İqtisadiyyat

-Təhsil

-Əyləncə

-Media

-Rabitə və Telekommunikasiya

-Tibb və Sağlamlıq 

-Ətraf Mühit

-Nəqliyyat 

-Milli-Mədəni Irs 

-Turizm

-Mədəniyyət


Veb saytda "Ayın qalibi" adlı xüsusi bölmə yaradılıb ki, burada qalib olan gənclər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. "Online fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq.


Qeyd etmək lazımdır ki, "Online fikir bankı" layihəsi 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na müvafiq olaraq həyata keçirilir. 


Sizin Reklam Yeriniz