Əlaqə Arxiv
news Image
2013.11.27
11:30
| A A A
Bakıda çoxlu sayda yeni avtomobil dayanacaqları tikiləcək

Bakı şəhərinin avtomobil yollarında yaşanan tıxac problemini həll etmək məqsədi ilə paytaxt ərazisində çoxlu sayda parkinqlərin tikintisi nəzərdə tutulub.


Yeni avtomobil dayanacaqları xüsusən şəhərin girişləri və mərkəzi hissəsində tikiləcək. Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib.

 

Nazirlik rəsmisi bildirib ki, yeni avtodayanacaqların inşası sayəsində ürücülər şəhərə girmədən avtomobillərini parkinq edərək, ictimai nəqliyyat vasitəsi ilə şəhərin mərkəzinə gələ biləcəklər. Bu, mərkəzi hissədə yaranan avtomobil sıxlığının qarşısının alınması üçün nəzərdə tutulan tədbirlərdən biridir: "Bu, uzun müddətə nəzərdə tutulan proqrama daxildir. Proqrama əsasən, şəhərin giriş qapılarında, Sumqayıt-Bakı yolunda, Şıx çimərliyi yaxınlığında, Lökbatandan istiqamətindən başlayaraq mərkəzə doğru və mərkəzin özündə böyük parkinqlərin salınması nəzərdə tutulub".

 

N.Həsənovun sözlərinə görə, bu mərhələdən sonra mərkəzdə fəaliyyət göstərən avtobusların fəaliyyət sxeminə də yenidən baxılacaq: "Məncə, bu addımlar insanları razı salacaq".


Sizin Reklam Yeriniz