Əlaqə Arxiv
news Image
2012.05.26
12:18
| A A A
Gənc ifaçının solo konserti keçiriləcək - Eksklüziv

Beynəlxalq və Respublika müsabiqələri laureatı Fəridə Əskərzadənin solo konserti Kamera və Orqan musiqisi zalında keçiriləcək. Giriş sərbəstdir.Konsert 30 may tarixində 19:00-da keçirilir.

Əsgərzadə Fəridə 1992-ci ilin oktyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. 5 yaşında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki məktəb-studiyanın fortepiano sinfinə daxil olmuşdur. Həmçinin məktəb-studiyanın orkestrində konsertmeyster ve xorunda solist kimi fəal iştirak etmişdir. 2006-cı ildə fakultətiv dərs kimi professor Tahirə Yaqubovanın orqan sinfinə daxil olmuşdur. Həmin il Uşaq Musiqi Festivalında iştirakına görə laureat adına layiq görülmüşdür. 2007-ci ildə isə orqan ifaçısı kimi solo konsert vermişdir. Həmin ildə Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestrinin keçirdiyi konsertdə pianoçu kimi solo çıxış etmiş və Q.Qarayev adına IV Bakı Müsabiqəsində çıxışına görə laureat adına layiq görülmüşdür. 2008-ci ildə Moskva Beynəlxalq Slavyan Musiqisi Festivalında 1-ci dərəcəli laureat adına layiq görülmüşdür. Həmin ildə "Gənc musiqiçilər təhlil və çıxış edirlər" elmi-ifaçılıq müsabiqəsində çıxış etmiş və diplomant adına layiq görülmüşdür. Fransız, ingilis və ərəb dilləri öyrənməyə maraq göstərərək 2008-ci ildə Azərbaycandakı Fransa səfirliyinin dəstəyi ilə keçirilən müsabiqədə 1-ci dərəcəli mükafata layiq görülmüşdür. 2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə daxil olmuşdur. Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzvüdür.

 2008-ci il - Moskva Beynəlxalq Slavyan Musiqisi Festivalı – 1-ci dərəcəli laureat.

 2008-ci il - "Mən fransızca danışıram" müsabiqəsi – 1-ci dərəcəli laureat.

 2007-ci il - Q.Qarayev adına IV Bakı Müsabiqəsi – laureat.

 2007-ci il – Uşaq Musiqi Festivalı – laureat.

 2008-ci il – "Gənc musiqiçilər təhlil və çıxış edirlər" elmi-ifaçılıq müsabiqəsi – diplomant.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz