Əlaqə Arxiv
news Image
2013.11.28
17:45
| A A A
Azərbaycanda bu il 82 min iş yeri açılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 82 min yeni, o cümlədən 61,4 min daimi iş yerləri açılıb.

 

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2009-cu ildən və 1 oktyabr 2013-cü ilə qədər olan dövr ərzində isə cəmi 443,1 min olmaqla 336,7 min daimi iş yerləri yaradılıb.

 

Bu ilin yanvar-sentyabr aylarında açılmış daimi iş yerlərinin 10%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,9%-i mövcud müəssisə və təşkilatlarda, 0,3%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 75,8%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

 

Yeni iş yerlərinin 72,9%-i regionların, o cümlədən 21%-i Aran, 16,4%-i Gəncə-Qazax, 8%-i Abşeron, 7,8%-i Lənkəran, 4%-i Dağlıq Şirvan, 4,7%-i Şəki-Zaqatala, 4,1%-i Quba-Xaçmaz, 3,5%-i Yuxarı Qarabağ, 2,1%-i Naxçıvan, 1,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

 

Yanvar-sentyabr ayları ərzində 96,1%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerləri tam olaraq qeyri-neft sektorunda o cümlədən, 6%-i tikinti, 4,3%-i emal sənayesi, 3,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,8%-i peşə, elmi və texniki fəaliyyət, 1%-i maliyyə və sığorta fəaliyyəti, 0,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.


Sizin Reklam Yeriniz