Əlaqə Arxiv
news Image
2013.12.04
14:34
| A A A
Təhsil Nazirliyi dərsliklərin yazılmasında rəqabəti stimullaşdıracaq

Təhsil Nazirliyi dərsliklərin yazılmasında rəqabəti bərpa etmək niyyətindədir. Bunu jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, son illər qəribə vəziyyət yaranıb: "Məsələn, 21 lot dəsrlikdən 14-ü üzrə nazirliyə cəmi 1 təklif göndərilib. Yəni, yalnız 1 müəllif və ya müəlliflər qrupu bu və ya digər dərslik vəsaitinin yazılmasına görə sifariş təqdim ediblər. İstənilən digər sahədə olduğu kimi, rəqabət inkişaf yolunda təkandır".

C.Bayramov qeyd edib ki, nazirlik vəziyyəti düzəltmək niyyətindədir: "Biz bu istiqamətdə fəaliyyəti təkcə dərslik vəsaitlərinin optimallaşdırılması baxımından deyil, həm də müəlliflərin geri qaytarılması, yeni şəxslərin cəlb edilməsi ilə davam etdirəcəyik. Sağlam rəqabət, şəffaflıq və lazımi nəzarət şəraitində dərsliklər daha təkmil və yaxşı olacaq".

Sizin Reklam Yeriniz