Bakının bəzi rayonlarında içməli suyun verilməsində fasilə yaranacaq
Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Movqe.az-a verilən məlumata görə, fasiləyə Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza səbəb olub.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.