Əlaqə Arxiv
news Image
2013.12.13
14:46
| A A A
Bakının bəzi rayonlarında içməli su olmayacaq

Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza baş verib

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar 13 dekabr 2013-cü il tarixində gün ərzində Bakının Qaradağ, Səbail, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.


Sizin Reklam Yeriniz