Qaz kəmərində partlayış baş verib
Movqe.Az BBC-yə istinadən bildirir ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyədəki hissəsində baş verən partlayış nəticəsində Şahdəniz yatağından qərbə qaz nəqlinin ixracı müvəqqəti olaraq dayandırılıb.
Reuters agentliyi partlayışın səbəblərinin aydın olmadığını bildirir.
Türkiyə mənbələri hadisə yerinə mütəxəssislərin ezam olunduğunu xəbər verirlər.
Rəsmilər olayla bağlı araşdırmanın keçirildiyini bildirirlər.
Azərbaycan neftinin qərbə ixracı üzrə Bakı-Tbilisi-Ceyhan kəməri adi qaydada fəaliyyət göstərir.
Türkan Nadirqızı
Movqe.Az