Bu gün bir neçə rayonda təbii qaz olmayacaq
Bu gün Azərbaycanın bəzi rayonlarında təbii qazın verilməsi ilə bağlı məhdudiyyətlər olacaq.
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar dekabrın 24-də saat 19:00-dək Bərdə şəhəri daxil olmaqla rayonun bir hissəsinə, 17:00-dək Şamaxı şəhəri daxil olmaqla rayonunun bir hissəsinə, 19:00-dək Masallı və Lənkəran rayonlarının bir hissəsinə, 17:00-dək isə Bakı şəhərinin Xətai rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.