Əlaqə Arxiv
news Image
2012.05.31
15:43
| A A A
Zülal QİÇS-ə qarşı silah ola bilər

Movqe.Az xəbər verir ki, Elm adamları insan müdafiə etmə sistemindəki bir zülalın İİV-yə (İnsanda İmmunçatışmazlığı Virusu) qarşı təsirli olduğunu bildiriblər.

Amerika Milli Allergiya və Mikrobik Xəstəliklər İnstitutunun elm adamlarının "Proceedings of the National Academy of Sciences"də nümayiş etdikləri araşdırmalarına görə, varlığı 50 ildir bilinən CXCL4 zülalı İİV-in xaricindəki bir zülala qarışaraq virusun sağlam hüceyrələrə keçməsinə mane olur.

Aralarında İnstitutun rektoru Antoni Fauci və Paolo Lussonun da olduğu elm adamları,

CXCL4-ün çox sayda İİV variasiyalarına qarşı da təsirli olduğunu söyləyiblər.

Elm adamları uzun zamandır varlığı bilinməsinə baxmayaraq CXCL4 zülalının bütün xüsusiyyətlərinin təyin oluna bilmədiyini qeyd ediblər.

Onların apardıqları təcrübələrdə, CXCL4-ün QiÇS-ə gətirib çıxaran virusun immunitet sistemi hüceyrəsinə qarışmasına maneə törətdiyini təsbit edib.

Elm adamları, CXCL4 kimi eyni vəzifəni aparan molekulları laboratoriya mühitində inkişaf etdirərək yeni dərmanlar tapmağı hədəfə alıblar.

Sizin Reklam Yeriniz