Movqe.Az xəbər verir ki, qida zəhərlənməsi ilə bağlı xəbərlər hər gün artır.
Bu səbəbdən də Respublikanın Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq evlərində ərzaq zəhərlənmə halarının qarşısını almaq üçün tədbirlər görürlər.
Qeyd edək ki, Bakıda hər ay verilən ərzaqların keyfiyyətini yoxlamaq üçün yoxlamalar aparılır. Bu haqda Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev məlumat verdi:
"Bu kimi yoxlanışlar ölkənin regionlarında da həyata keçirilir. Hələ ki, ciddi hüquqpozma halları müşahidə edilməyib. Lakin biz yay mövsümündə öz işimizi daha da gücləndirəcəyik".
İ.Abdullayev verdiyi açıqlamada qida zəhərlənmə halları haqda da məlumat verib. O, əhalini ehtiyatlı olmaqda xəbərdar etdi.
"İlk növbədə alıcı aldığı malın etiketinə baxmalıdır. Əgər etiket zəif çap olunubsa, oxumaq mümkün deyilsə, artıq narahat olmağa dəyər. Bəzən vaxtı keçmiş qidalar da satışa çıxarılır. Bu səbəbdən də, alıcılar ehtiyatlı olmalıdırlar". – İ.Abdullayev dedi.
Abdullayev iyun ayından başlayaraq Bakının bütün mağazalarında və regionlarında soyuq içkilərə və dondurmaların keyfiyyətinə yoxlanış keçiriləcəyini bildirdi.
Türkan Nadirqıızı
Movqe.Az