Azərbaycanın baş onkoloqu Azad Kərimlinin sözlərinə əsasən ölkədə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı çoxalıb.
Movqe.Az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı çoxalıb. 2011 – ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 28 685 nəfər idi. Qeyd edək ki, 2010-cu ildə bu rəqəm 28 052 nəfər idi. Bunlardan 11 161 nəfəri xərçəng xəstəliyindən beş ildir ki, əziyyət çəkirlər.
Azərbaycanda ən çox yayılmış onkoloji xəstəliklərdən ağ ciyər xərçəngidir. Xərçəngin bu növü kişilər arasında daha çox yayılıb. Qadınlar arasında isə yayılan daha çox döş xərçəngidir. Elə onkoloji xəstəliklər var ki, onlar bir başa ya kişilərə, yada qadınlara məxsuzdur.
Misal üçün qadınlar ən çox döş xərçəngindən, kişilər isə prostatdan əziyyət çəkirlər.
Türkan Nadirqızı
Movqe.Az