Əlaqə Arxiv
news Image
2012.05.31
22:54
| A A A
Azərbaycanlı meyxanaçıların rusca ifası Twitterdə populyar olub

Öncə Rusiya miqrobloqlar saytında peyda olmuş "путин ты кто такой давай досвидания" həştəqi dünya üzrə Twitterin ən populyar cümlələrindən birinə çevrilib.

Azərbaycanlı meyxanaçıların oxuduğu "Tı kto takoy, davay dosvidaniya" ifadəsinin əvvəlinə Putin sözü əlavə edilərək Rusiya Avtomobilçi Federasiyası paytaxt şöbəsinin koordinatorunun təşəbbüsü ilə yayılmağa başlanılıb, Rusiya mətbuatı yazır.

"Sabah maşınıma "Putin sən kimsən? Davay dosvidaniya!" lövhəsi vuraraq insanlara təbəssüm bəxş edəcəyəm, mikrobloqlar saytında Aleksey Filin yazıb.

Filin "Voyna" art-qrupunun və "Ədalətli Rusiya" partiyasından Dövlət Dumasının üzvü İlya Ponomaryovun mətbuat katibi Daniele Lindele-nin xoşuna gələn cümləni trendə çevirmək qərarına gəlib.

Bu barədə obozrevatel.com saytında mövzu ilə bağlı məqalədə deyilir.

Bundan sonra Twitter istifadəçilərinin sürətlə yaymağa başladığı "путин ты ктотакойдавайдосвидания" həştəqinin yayılmasına ingilis dilli istifadəçilər də qatılıb.

Putinin adı ilə bağlı Twitter həştəqlərı dünya trendlərinə ilk dəfə daxil olmur.

Belə ki mayın əvvəlində,#ЯзаПутина həştəqi ən çox müzakirə olunan twittlərdən birinə çevrilmişdi.

Mart ayında isə #Владимиру həştəqı populyarlıq qazanmışdır.


Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz